“Bəşəriyyətin qorunması – davamlı inkişaf üçün imperativ” mövzusunda Beynəlxalq Forum baş tutub
2016-09-16

Cari ilin 14-16 sentyabr tarixlərində Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində YUNESKO-nun və Rusiya Federasiyasının YUNESKO üzrə Komissiyasının birgə təşkilatçılığı ilə “Bəşəriyyətin qorunması – davamlı inkişaf üçün imperativ” mövzusunda Beynəlxalq Forum keçirilmişdir.

Tədbirdə Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanov, dövlət müşaviri Mintimer Şaymiyev, baş nazirin müavini Şamil Qafarov, mədəniyyət naziri Ayrat Sibaqatullin, Elmlər Akademiyasının prezidenti Makzum Salahov və digər yüksək vəzifəli şəxsləri,  YUNESKO-nun xoşməramlı səfiri Aleksandra Oçirova, YUNESKO üzrə Azərbaycan və Rusiya milli komissiyalarının, YUNESKO yanında daimi nümayəndəliklərin təmsilçiləri iştirak etmişdir. Tədbirdə eyni zamanda yüksək səviyyəli elm xadimləri təmsil olunurdular və  Forum çərçivəsində elmi və praktiki konfranslar, ekspert panelləri təşkil olunmuşdu.

“Müasir cəmiyyətin dəyərlər sistemi: ümumi mənaların hazırlanmasına doğru” mövzusunda keçirilən dəyirmi masada YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının müşaviri Gülnarə Ağalarova çıxış etdi.

Digər xəbərlər
12