Balaban/mey sənətkarlığı və ifaçılıq sənəti
Balaban (Azərbaycanda) və ya Mey (Türkiyədə) üç hissədən ibarət çoxəsrlik taxta nəfəs alətidir: gövdə, enli və ya yastı qoşa qamış, klipsdən ibarətdir. Alət ənənəvi olaraq gavalı və ya ərik ağacından hazırlanır. Kətan toxumu və ya zeytun yağı ilə örtürülür. Quruduqdan sonra sənətkarlar gövdənin ön hissəsində bir neçə, arxa tərəfində isə bir deşik açılır. Ölçülər deşiklərin sayı və istifadə olunan materiallar bölgəyə görə dəyişir. Balabanın düzəldilməsi və alət üzərində çalınması ilə bağlı bilik, bacarıqlar adətən qeyri-rəsmi şəkildə ailə daxilində müşahidə olunur, eləcə də praktiki təcrübə və dərs deməklə gənclərə öyrədilir. Rəsmi olaraq universitetlərdə və orta məktəblərdə, ənənəvi musiqi konservatoriyalarda, institutlarda öyrədilir. Balaban Azərbaycan və Türkiyənin musiqi mədəniyyətlərində mühüm rol oynayır və xalq şənliklərində, toylarda və konsertlərdə solo və müşayiətedici alət kimi geniş istifadə olunur. Balaban musiqiçilərin və sənətkarların etnik kimliklərinin həyati bir hissəsi olmaqla yanaşı, hər iki ölkədə müxtəlif yaşdan, cinsdən olan insanların həmrəyliyinin, eləcə də sosial yaddaşın təbliğində mühüm vasitədir.
Balaban/Mey nominasiyası Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına Botsvanada daxil olmuşdur (2023). Nominasiyaya Azərbaycan və Türkiyə qoşulmuşdur.