UNESCO çərçivəsində qeyd olunan Beynəlxalq gənclər günü münasibətilə 12 avqust 2020-ci il tarixində Milli Komissiyanın Daimi Katibliyi tərəfindən Komissiyanın aidiyyəti üzvləri və gənclər təşkilatlarının iştirakı ilə ‘‘Qlobal fəaliyyət üçün gənclərin cəlb edilməsi’’ mövzusunda videokonfrans keçirilmişdir. Videokonfrans zamanı ölkəmizdə həyata keçirilən gənclər siyasəti, gənclərin təhsili, yaradıcı sahələrdə gənclərin təşviq edilməsi, gənclərin iştirakı ilə həyata keçirilən layihələr barədə müzakirələr aparılmışdır. Tədbirin nəticəsi olaraq, gənclər sahəsində UNESCO ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə fəaliyyət planının hazırlanması qərara alınmış və bu məqsədlə işçi qrup yaradılmışdır.
2020-ci il ərzində UNESCO üzrə Milli Komissiyanın gənclər sahəsində fəaliyyətinin əsas istiqamətlərindən biri UNESCO Klublarının fəaliyyətinin təşviq edilməsi olmuşdur. 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə bağlı olaraq, hesabat ili ərzində könüllülük prinsipinə əsaslanan UNESCO Klublarının fəaliyyətinin genişləndirilməsi, klubların sayının artırılması istiqamətində işlər aparılmışdır. 20 fevral tarixində Azərbaycan Milli Konservatoriyasında, 5 iyun tarixində Azərbaycan Texniki Universitetində UNESCO Klubları yaradılmış, beləliklə ölkəmizdə fəaliyyət göstərən klubların sayı 6-a çatmışdır.
5 iyun 2020-ci ildə UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının təşəbbüsü ilə, ölkəmizdə fəaliyyət göstərən UNESCO Klublarının fəaliyyətinə və gələcək layihələrinin müzakirəsinə həsr olunmuş onlayn iclas keçirilmışdir.
21 sentyabr 2020-ci ildə UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Daimi Katibliyinin dəstəyi Azərbaycan UNESCO Klubları və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun məktəbləri arasında Beynəlxalq Sülh Gününə həsr olunmuş “Sülhü birgə formalaşdıraq!” mövzusunda rəsm müsabiqəsi keçirilmışdir.
9-24 noyabr 2021-ci ildə tarixlərində UNESCO-nun Baş Konfransının 41-ci sessesiyasında VII MİNEPS-in (Bədən Tərbiyəsi və İdman üzrə məsul Nazirlərin və Yüksək səviyyəli şəxslərin 7-ci Beynəlxalq Konfransı) 2022-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı qərar rəsmən elan edilmişdir.
2023-cü ilin iyun ayının 26-dan 29-dək Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) keçirilmişdir. Konfransın birinci günündə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos çıxış ediblər.
Tədbirdə MINEPS VII konfransının ölkəmizdə keçirilməsinin əhəmiyyəti qeyd olunub və forumun gündəliyində duran məsələlər, gender bərabərliyi, “Prioritet Afrika”, "Gənclər liderlik edir” və gənclərin inkişafı mövzuları müzakirə olunub. Eyni zamanda, proqrama əsasən “Fit for life” layihəsinin əhəmiyyəti barədə məlumat verilmişdir.
Panel iştirakçıları idmanın bu sahələrə təsiri ilə bağlı uğur hekayələrini və ən yaxşı təcrübələrini bölüşüblər.
Konfransın əsas məqsədi idmanla bağlı beynəlxalq tendensiyaların qiymətləndirilməsi, bədən tərbiyəsi və idman sahəsində beynəlxalq strategiyalar üçün mexanizmlərin hazırlanmasıdır.
Konfransda 150-dək ölkənin bədən tərbiyəsi və idman sahəsinə məsul qurumlarının rəhbərləri və nazirlər iştirak etmişlər.