UNESCO-nun Xoşməramlı Səfiri xanım Mehriban Əliyevanın fəaliyyəti (2004-2022)
Azərbaycan-UNESCO münasibətlərinin inkişaf etdirilməsi sahəsində Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir. M.Əliyeva 1995-ci ildən etibarən Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xəttilə Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması istiqamətində uğurla fəaliyyət göstərmişdir. M.Əliyeva Azərbaycanın zəngin mədəniyyətinin qorunması, öyrənilməsi və tədqiqində xidmətlərinə görə UNESCO tərəfindən 2004-cü ilin sentyabr ayında UNESCO-nun şifahi və musiqi ənənələri sahəsində Xoşməramlı Səfiri adına layiq görülmüşdür. Hazırda M.Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu missiyanı daha da genişləndirərək elm, təhsil, mədəniyyət və digər sahələrin inkişafına köməklik göstərir, eyni zamanda beynəlxalq miqyasda davamlı inkişafa dəstək olaraq sülh quruculuğu istiqamətində xidmətlərini davam etdirir. Ölkəmizdə maddi və qeyri- maddi irsin qorunub saxlanılması, Azərbaycanda və xarici ölkələrdə tarixi, dini, mədəni abidələrin bərpası, məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları və s. elmi, mədəni və sosial mərkəzlərin açılması sahəsində Heydər Əliyev Fondunun əməyi böyükdür. Mehriban xanım Əliyevanın səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer almaqdadır.
Dünya mədəniyyətinə qayğı və diqqətinə, həmçinin Azərbaycan mədəni irsinin yaşadılması sahəsindəki töhfələrinə görə Mehriban xanım Əliyeva 2008-ci ildə keçmiş baş direktor Koiçira Matsuura tərəfindən gümüş xatirə medalı, 2010-cu ildə baş direktor İrina Bokova tərəfindən Qızıl Motsart medalı ilə təltif edilmişdir.
2004-2012- ci illərdə Mehriban xanım Əliyeva Parisdə, UNESCO-nun baş qərargahında xoşməramlı səfirlərin illik yığıncağında iştirak etmiş və toplantı çərçivəsində müxtəlif görüşlər keçirmişdir. Eyni zamanda, UNESCO baş qərargahında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycana həsr olunmuş müxtəlif tədbirlər təşkil edilir.
2004-cü il dekabrın 15-də Tatarıstan paytaxtında keçirilmiş qeyri-maddi mədəni irsin qorunmasına dair UNESCO-nun regional seminarında Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iştirak etmişdir.
2005-ci il mayın 13-də UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva UNESCO-nun ölkəmizdə səfərdə olan ekspertləri Kristof Kasobonu və Dendev Badarçı qəbul etmişdir.
2005-ci il sentyabrın 13-də Parisdə UNESCO-nun baş qərargahında görkəmli Azərbaycan alimi akademik Yusif Məmmədəliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tədbirdə iştirak etmişdir.
2006-cı il oktyabrın 21-də Heydər Əliyev Fondunun prezidenti, UNESCO- nun xoşməramlı səfiri Mehriban Əliyeva UNESCO-nun 60 illiyinə həsr olunmuş Sivilizasiyalararası dialoq; həftəsi çərçivəsində Azərbaycan: mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda; adı altında keçirilən Azərbaycan günü ilə bağlı tədbirdə iştirak etmişdir.
2008-ci il mayın 20-də Heydər Əliyev Fondunun dəstəyi ilə UNESCO-nun baş qərargahında xoşməramlı səfirlərin illik yığıncağı çərçivəsində ölkəmizin gənc istedadlarının “Azərbaycanın xoşməramlı mələkləri” adlı konsert proqramı təqdim edilmişdir.
2008-ci il noyabrın 10-da UNESCO-nun baş qərargahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim və pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilmişdir. UNESCO səviyyəsində keçirilən yubiley mərasimində UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iştirak etmişdir.
2010-cu il aprelin 28-də Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva UNESCO-nun baş qərargahında bu qurumun yeni seçilmiş baş direktoru İrina Bokova ilə görüşmüşdür.
2010-cu il dekabrın 14-də Heydər Əliyev Fondunun prezidenti, UNESCO- nun xoşməramlı səfiri Mehriban Əliyeva UNESCO-nun baş qərargahında təşkilatın yaradılmasının 65 illiyi ilə bağlı keçirilmiş yubiley mərasimində iştirak etmişdir.
2011-ci il aprelin 19-da UNESCO-nun baş qərargahında Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə “Azərbaycanın gənc istedadları” adlı möhtəşəm konsert proqramı təşkil olunmuşdur. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva və təşkilatın baş direktoru İrina Bokova konserti izləyənlər arasında olmuşlar. Konsertdən sonra Mehriban Əliyevanın adından ziyafət verilmişdir. Eyni zamanda, 2011-ci il aprelin 19-dan 29-dək UNESCO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi keçirilmişdir. Sərginin açılışında UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva və UNESCO-nun baş direktoru İrina Bokova iştirak etmişlər.
2011-ci il sentyabrın 12-də UNESCO-nun baş qərargahında UNESCO- nun xoşməramlı səfirlərinin 11-ci illik toplantısı çərçivəsində Heydər Əliyev Fondunun Azərbaycanla bağlı nəşrləri təqdim olunmuşdur.
2011-ci il oktyabrın 26-da UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva UNESCO-nun baş konfransının 36-cı sessiyası çərçivəsində təşkil olunan UNESCO-nun dünya mədəniyyəti və dayanıqlı inkişafda rolu nədən ibarətdir? mövzusunda Liderlər Forumunda iştirak etmişdir. M.Əliyeva çıxışında dünyada yaşanan dərin maliyyə böhranından və on milyonlarla insanın irqinə, etnik köklərinə və dininə görə ayrı-seçkilik və təcrid olunmanın ağır nəticələri ilə üzləşməsindən bəhs etmişdir. Eyni zamanda, yeni dünya nizamının formalaşdığını və bu prosesin bir çox çətinliklərlə müşayiət olunacağını deyən M.Əliyeva qloballaşmanın humanitar aspektlərinin əhəmiyyətinə toxunaraq, səmimi dialoq və xoş məramın çətinliklərin uğurla aradan qaldırılmasında əsas vasitələr olduğunu qeyd etmişdir.
2013-cü il iyulun 18-də UNESCO-nun baş qərargahında Azərbaycanın UNESCO-ya üzv olmasının 20 illik yubileyi ilə əlaqədar, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın iştirakı ilə təntənəli tədbirlər keçirilmişdir. Azərbaycan hökuməti tərəfindən 20 illik yubiley münasibətilə təşkilatın daxili həyətində yerləşdirilmiş daş at və daş qoç abidələrinin, eləcə də Azərbaycanda daş sənətinə həsr edilmiş sərginin açılış mərasimi keçirilmişdir. Tədbirdə UNESCO- nun baş direktoru İrina Bokova və UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva çıxış etmişlər. Təbrik iştirakçılarına Azərbaycanda daş sənətinin tarixini əks etdirən kitablar paylanmışdır.
2013-cü il oktyabrın 22-də UNESCO-nun baş qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr edilmiş Beynəlxalq simpozium keçirilmişdir. Simpozium “Seyid Yəhya Bakuvi: Tolerantlığın ifadəsi” mövzusuna həsr olunmuşdur. Eyni zamanda, 2013-cü il oktyabrın 22-də UNESCO-nun baş qərargahında Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Azərbaycan – tolerantlıq məkanı” adlı foto-sərginin açılışı olmuşdur. Sərgidə Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Azərbaycana dəfələrlə yaradıcı səfərlər etmiş dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən fotoşəkilləri sərgilənmişdir.
2014-cü il mayın 29-da UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Dünya elmində yeni çağırışlar: Gənc alimlərin birgə yanaşmaları; mövzusunda Beynəlxalq Bakı Forumunda iştirak etmək məqsədilə Bakıda səfərdə olan UNESCO-nun Baş Konfransının sədri Hao Pinq ilə görüşmüşdür.
2014-cü il iyunun 2-də UNESCO-nun baş qərargahında Heydər Əliyev Fondunun dəstəyi ilə “Əsrlərdən bəri qorunub saxlanılan ənənəvi təamlar” adlı Azərbaycan mətbəxi həftəsi təşkil olunmuşdur.
2014-cü il sentyabrın 15-18- də UNESCO-nun baş qərargahında Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Qobustan həftəsi keçirilmiş, Qobustanın UNESCO-da tanıtımı çərçivəsində Fərəc Qarayevin “Qobustan kölgələri” baletinin nümayişi və Qobustanın qayaüstü rəsmlərinin fotoşəkillərindən ibarət sərginin açılışı olmuşdur.
2015-ci il mayın 6-13- də Heydər Əliyev Fondunun dəstəyi ilə UNESCO-da təşkil olunan “Azərbaycan mədəniyyəti günləri” çərçivəsində UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmış Azərbaycanın çövkən oyununa həsr edilən sərgi təşkil olunmuş, fransız yazıçısı Jan-Lui Quronun “Qarabağ atları” kitabının təqdimatı keçirilmiş, “Azərbaycan: ənənədən müasirliyə” adlı sərgisi açılmış və “Yeni caz nəsli” qrupunun konserti təşkil olunmuşdur.
2015-ci ilin noyabrın 17-də UNESCO-nun Nizamnaməsinin qəbulunun 70 illiyi münasibətilə Parisdə, təşkilatın baş qərargahında UNESCO-nun Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumu keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Forumda iştirak etmişlər. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşmüşlər.
2018-ci ilin 18 may tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Fransaya səfəri çərçivəsində UNESCO-nun baş qərargahında Təşkilatın baş direktoru Odre Azule ilə görüşərək, Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın hazırkı və gələcək perspektivləri ətrafında fikir mübadiləsi apardı. Mehriban Əliyeva UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuuranın 80 illik yubileyi münasibətilə keçirilmiş konfransda iştirak etmiş və geniş nitq söyləmişdir.
2019-cu ilin 30 iyun -10 iyul tarixlərində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün Bakıda səfərdə olmuş UNESCO-nun Baş direktoru Odre Azuleni qəbul etmişdir.
Heydər Əliyev Fondu və UNESCO arasında əməkdaşlıq çərçivəsində imzalanmış sazişlər
18 iyun 2007-ci il tarixində Heydər Əliyev Fondunda “BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri Təşkilatı - UNESCO, Azərbaycan Hökuməti və Heydər Əliyev Fondu arasında ölkəmizdə peşə təhsilinin inkişafını nəzərdə tutan layihənin icra planına dair” Saziş imzalanmışdır.
19 mart 2009-cu il tarixində Heydər Əliyev Fondu və UNESCO arasında qeyri-maddi mədəni irsin qorunması üzrə strateji hədəflərə nail olmaq məqsədi ilə Əməkdaşlıq sazişi imzalanmışdır.
27 oktyabr 2011-ci il tarixində UNESCO ilə Azərbaycan arasında Haitinin zəlzələdən sonra mədəniyyət sektorunun bərpa edilməsi məqsədilə maliyyə yardımı ilə bağlı saziş imzalanmışdır. Sazişə əsasən, Azərbaycanın Birinci xanımı, UNESCO və İSESKO-nun Xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 50 min ABŞ dolları məbləğində maliyyə yardımı Haitinin Jakmel şəhərinin tarixi hissəsində yerləşən mədəni obyektlərin bərpasına sərf edilmişdir.
18 iyul 2013-cü ildə AR mədəniyyət və turizm naziri Ə.Qarayev və UNESCO-nun Baş Direktoru İ.Bokova tərəfindən “Azərbaycan hökuməti ilə UNESCO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi” imzalanmışdır. Sazişdə nəzərdə tutulmuş və Azərbaycanın təşkilat üçün ayıracağı 5 milyon ABŞ dolları məbləğindəki maliyyə töhfəsi qeyri-maddi mədəni irs, qızların təhsili, elm və innovasiya texnologiyalarının inkişafı sahəsində UNESCO-nun işini möhkəmləndirəcək, eyni zamanda azərbaycanlı mütəxəssislərin təşkilatda daimi işlə təmin olunmasına və Azərbaycan maraqlarının təşkilatda qorunmasına şərait yaradacaqdır.