Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək
 

Link: https://azertag.az/

Azərbaycan UNESCO Klubları Assosiasiyası (AZUCA) ilə Çin Xalq Respublikasının Qansu Vilayətinin UNESCO Assosiasiyası (GSUNESCO) arasında Anlaşma Memorandumu imzalayıb.

Bu barədə AZƏRTAC-a AZUCA-dan məlumat verilib.

Bildirilib ki, memorandum iki assosiasiya arasında təhsil, elm, innovativ düşüncə tərzinin inkişaf etdirilməsi, süni intellekt, elektron idarəçilik, “Luban Emalatxanaları” proqramı, mədəniyyət, gənclərin inkişafı və digər sahələrdə əməkdaşlığı nəzərdə tutur.