İncəsənət İllüminasiyası: Təzhib/Tazhib/Zarhalkori/Tezhip/Naqqoshlik
İllüminasiya - əlyazmaların, xəttarlıq mətnlərin və miniatürlərin səhifələrində tətbiq edilən çoxəsrlik dekorativ sənətdir. Əsas komponenti qızıl yarpaq və qızıl boyadan ibarətdi və hər ikisi xüsusi bilik və texnika tələb edir. Təbii piqmentlərdən istifadə olunur. Son illərdə akvarel və ya quaş kimi sintetik boyalardan geniş istifadə olunur. Bu gün elementin ənənəvi və müasir şərhlərini əlyazmalarda, miniatürlərdə, eləcə də müstəqil sənət əsərlərində görmək olar. Bu sənət bir çox universitetlərdə, akemiyalarda, tədqiqat mərkəzlərində şagirdlərə formal və ya qeyri-formal şəkildə öyrədilir.
İstifadə olunan rənglərin, naxışların və motivlərin simvolik mənaları var. Dini mətnlər, tarixi əlyazmalar, nigah sənədləri, hətta ticarət müqavilələri illüminasiya ilə bəzədilir. Buna görə də bu sənətin öyrədilməsi icmaların inancları və mədəni təcrübələri ilə sıx bağlıdır. Bu sənətin yayılması milli, regional və beynəlxalq səviyyələrdə icmalar üçün mədəni davamlılıq hissini gücləndirir. Ənənəvi bilik üsullarından qədim əlyazmaların və folioların bərpasında istifadə olunur. Bu təcrübənin həm tarixi və mədəniyyət nümunələrin qorunub saxlanmasında, eləcə də gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır.
İncəsənət İllüminasiya nominasiyası Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına Botsvanada daxil olmuşdur (2023). Nominasiyaya Azərbaycan, İran İslam Respublikası, Türkiyə, Tacıkistan və Özbəkistan qoşulmuşdur.