Azərbaycan Xalça Muzeyi ən yaxşı təcrübəyə layiq görülüb
2018-03-01

Azərbaycan Xalça Muzeyi Beynəlxalq Muzeylər Şurasının (ICOM) Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) tərəfindən qeyri-maddi mədəni irs məlumat bazası üzrə ən yaxşı təcrübəyə layiq görülüb.


Xalça Muzeyindən bildirilib ki, muzeyin təcrübəsini Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) dünya muzeylərinə bir nümunə kimi təqdim edir. Beynəlxalq Sənədləşmə Komitəsi muzeyin sənədləşmə prosesində yaxşı təcrübə və bu sahədə inkişaf barədə məsləhətlər verir.
 

Qeyd edək ki, bu komitə 1950-ci ildə Beynəlxalq Muzeylər Şurasının (ICOM) Beynəlxalq komitələrindən biri kimi yaradılıb. Beynəlxalq Muzeylər Şurası isə UNESCO yanında qeyri-hökumət təşkilatı statusunda yaradılan beynəlxalq qurumdur.