TÜRKSOY-a üzv olan ölkələrin YUNESKO üzrə Milli Komissiyaları və Komitələrinin 6-cı iclası baş tutub
2016-07-09

Cari ilin 9 iyul tarixində Türkiyə Respublikasının İstanbul şəhərində TÜRKSOY-a üzv olan ölkələrin YUNESKO üzrə Milli Komissiyaları və Komitələrinin 6-cı iclası keçirilmişdir. 

Iclasda Türkiyə Respublikasının mədəniyyət və turizm naziri prof. 

Nəbi Avcı, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, TÜRKSOY-a üzv olan ölkələrin YUNESKO üzrə milli komissiyalarının və YUNESKO yanındakı daimi nümayəndəliklərin təmsilçiləri, həmçinin YUNESKO-nun fəaliyyət dairəsi çərçivəsində vəzifələndirilmiş digər qurum və şəxslər iştirak etmişdir.

YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının müşaviri Gülnarə Ağalarova tədbirdə çıxış edərək 2014-cü ildə Bakıda keçirilmiş YUNESKO üzrə Milli Komissiyaların 5-ci görüşündə razılığa uyğun olaraq, ötən il “lavaş”ın çoxmillətli nominasiya kimi YUNESKO-ya təqdim edildiyini bildirmişdir. 

Həmçinin türkdilli dövlətlərin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının genişləndirilməsinin zəruriliyini, eləcə də bir birlərinə dəstək verməsinin əhəmiyyəti vurğulanmışdır.

Tədbir çərçivəsində Türkiyə, Qazaxıstan və Qırğızıstanın YUNESKO üzrə Milli Komissiyalarının baş katibləri ilə ikitərəfli görüşlər keçirilmişdir.

Digər xəbərlər
123