Lahıc misgərlik sənəti

 

“Lahıcın misgərlik sənəti” 30 noyabr – 4 dekabr 2015-ci il tarixində Namibiyada keçirilmiş Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyasında YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.

 

Azərbaycanda xalq sənətkarlığının dərin  və zəngin ənənələri mpvcuddur, və misgərlik sənəti də istisna deyil. Azərbaycanda misgərlik sənəti ilə məşğul olunan ayrıca küçələr deyil, ayrıca misgərlik şəhəri də olmuşdur. Belə şəhərlərdən biri Şamaxı xanlığına daxil olan Lahıc idi. Lahıc dağlıq qəsəbəsi Böyük Qafqazın cənub yamacında 1375 metr hündürlükdə yerləşir və özünəməxsus simasını saxlamaqla, qədim şəhər quruculuğu və memarlıq sənətinin orijinal abidəsi kimi “Böyük İpək Yolu” Beynəlxalq Turist marşrutuna daxil edilmiş XIV-XV əsrlərin dövlət tarixi-mədəni qoruğu statusuna malikdir.

 

İlk baxışdan Lahıc öz qeyri-adi tikilişi və memarlığı ilə insanı məftun edir. Onun küçələri Girdiman çayının ağ çay daşlarından salınıb. İki və üç mərtəbəli evlər də daşlardan tikilib. Qəsəbənin kanalizasiya sistemi  (min ildən çoxdur) və su təchizat sistemi var. Turistləri cəlb edən yalnız onun dağlıq qəsəbə olması və qeyri-adi gözəlliyə malik olması deyil, həmçinin bu qəsəbənin Qafqazda orta əsrlərdən məşhur olan sənət-ticarət mərkəzi olması, burada soyuq silahın və qab-qacağın misdən hazırlanması və ornamentlərlə bəzədilməsidir.

 

 Burada çox sayda məişət əşyaları (müxtəlif növ küplər -dolça, sətil və b., qablar,sətkanlar və d.) hazırlanırdı. Bu əşyalar say və müxtəlifliyinə görə həmin dövrdə böyük şəhərlərdə hazırlanan əşyalardan heç də geri qalmırdı.

 

Lahıc Azərbaycanın misgərlik krallığı, qədim sənətlər mərkəzidir. Lahıcın mis qab-qacağı həm yerli sakinlərin evlərində, həm də muzeylərdə özünə layiqli yer tapmışdır. Məsələn, Luvrda bu qab-qacaqlar nümayiş olunur.  Berlində Azərbaycan silah hazırlayanların ornamentlərlə bəzədilmiş tüfəng, qılınc və xəncərləri sərgilənir.

 

Lahıcda mis istehsalının ənənəvi üsulları bu gün də qorunub saxlanır. Mis istehsalının inkişafı bir sıra digər  yardımçı sənət növlərinin meydana çıxmasına səbəb olmuşdur: konservləşdirmə, dəmrçilik, kömür istehsalı.  Ümumilikdə, XIX əsrdə Lahıcda 40-dan çox əsas və yardımçı sənət növləri inkişaf etmişdi.

 

Lahıcda mis istehsalı əsasən Ağalı məhəlləsində idi, hər iki tərəfindən küçə keçirdi və çox sayda mis emalatxanaları , “misgər bazarı” var idi. Hazırlanmış mis məmulatları burada satılırdı, emalatxanalar həm də bir növ mağaza funksiyasını yerinə yetirirdi. XIX əsrdə Lahıcın misgər emalatxanalarının sayı ilə bağlı Qafqazda  kustar istehsal tədqiqatlarında göstərilir ki, belə emalatxana-mağazaların sayı 200-dən çox idi.

 

Lakin XIX əsrin sonlarında ucuz rus fabrik məhsullarının gətirilməsi ilə emalatxanaların sayı nəzərəçarpan dərəcədə azalır. Həmçinin digər sənətlər də - dəmirçilik, dəriçilik, silah hazırlanması azalır. Buna baxmayaraq, ənənəvi emalatxana qurğuları və alətləri, mis tökmə, döymə və oyma bəzəklər ənənəsi bu gün də qorunub saxlanılır.

 

Lahıc misgərlik sənətinin YUNESKO-nun siyahısına daxil edilməsi Azərbaycan xalqının qədim mədəniyyət ənənələrinin qorunub saxlanmasına, gələcək nəsillərə ötürülməsinə, eləcə də qədim qəsəbənin sosial-iqtisadi inkişafına töhfə verəcəkdir.