2015-2016- cı illər üzrə Müəllimlərin Səmərəliliyinin Artırılmasında Əhəmiyyətli Fəaliyyət və Təcrübə üçün YUNESKO-Həmdan bin Rəşid Əl-Maktum Mükafatına namizədliyi irəli sürülən 132-134 nömrəli Təhsil Kompleksi təşkilatçılar tərəfindən iştirak sertifikatı və hədiyyə ilə təltif olunmuşdur.
8-9 dekabr tarixlərində YUNESKO Baş qərargahında Azərbaycanın üzvü olduğu Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitənin 11-ci sessiyası keçirilmişdir.
Cari ilin 28 noyabr-2 dekabr tarixlərində Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyası keçirilmişdir.
2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
Noyabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Dünya Fəlsəfə Gününə həsr olunan “Azərbaycanda fəlsəfə, tolerantlıq və multikulturalizm" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
20-21 oktyabr 2016-cı il tarixlərində YUNESKO-nun Dünya İrs Mərkəzi və Avropa Dünya İrs Assosiasiyasının təşkilatçılığı ilə İspaniyanın Seqoviya şəhərində Avropa Dünya İrs Assosiasiyalarının 2-ci iclası keçirilmişdir.
Cari ilin 14-16 sentyabr tarixlərində Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində YUNESKO-nun və Rusiya Federasiyasının YUNESKO üzrə Komissiyasının birgə təşkilatçılığı ilə “Bəşəriyyətin qorunması – davamlı inkişaf üçün imperativ” mövzusunda Beynəlxalq Forum keçirilmişdir.
Cari ilin 10-17 iyul tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 40-cı sessiyası keçirilmişdir.
9 iyul tarixində İstanbulda keçirilmiş TÜRKSOY-a üzv olan ölkələrin YUNESKO üzrə Komissiya və Komitələrinin 6-cı iclası
Görüşün məqsədi YUNESKO üzrə milli komissiyalar arasında əlaqələrin möhkəmləndirilməsi, təcrübə mübadiləsi aparılması, eləcə də milli komissiyalar tərəfindən təşkilatın işinə töhfələrin artırılması idi.
2016-cı ilin 30 may – 2 iyun tarixlərində Fransanın Paris şəhərində YUNESKO- nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyasına tərəf dövlətlərin Baş Assambleyasının 6-ci sessiyası keçirilmişdir.
2016-cı ilin 14-18 mart tarixlərində Perunun Lima şəhərində UNESCO-nun təşkilatçılığı ilə “2016-2025- ci illər üzrə Yeni Baxış – Davamlı İnkişaf üçün UNESCO Biosfer Qoruqları” mövzusunda 4-cü Dünya Konqresi və 18-19 mart tarixlərində isə “İnsan və Biosfer” Proqramının Beynəlxalq Əlaqələndirmə Şurasının 28-ci sessiyası keçirilmişdir.