Çərçivə sazişi

18 iyul 2013-cü ildə AR mədəniyyət və turizm naziri Ə.Qarayev və YUNESKO-nun Baş Direktoru İ.Bokova tərəfindən 5 il müddətinə “Azərbaycan hökuməti ilə YUNESKO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi” imzalanmışdır. Sazişdə nəzərdə tutulmuş və Azərbaycanın təşkilat üçün ayıracağı 5 milyon ABŞ dolları məbləğindəki maliyyə töhfəsi qeyri-maddi mədəni irs, qızların təhsili, elm və innovasiya texnologiyalarının inkişafı sahəsində YUNESKO-nun işinin möhkəmləndirilməsinə, eyni zamanda azərbaycanlı mütəxəssislərin təşkilatda daimi işlə təmin olunmasına və Azərbaycan maraqlarının təşkilatda qorunmasına yönəlmişdir.

2020-ci ildə “Çərçivə Sazişi” növbəti 5 ilə uzadılmışdır. “Çərçivə Sazişi”nə dəyişikliklər edilməsi haqqında Protokol 28 yanvar 2020-ci il tarixində YUNESKO Baş qərargahında Strateji Planlaşdırma Bürosunun direktoru Jan-İv Lö So və Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəsi, səfir Anar Kərimov tərəfindən imzalanmışdır.

Etimad Fondu vasitəsilə maliyyələşdirilmiş layihələr:

1) Gender üzrə ilkin müəllim təhsili və təlim vasitəsilə təhsildə gender bərabərliyinin təşviqi (Uqanda)  

2) Qeyri-qanuni məskunlaşmalar-Kiberiyada yeniyetmə qızlar arasında Səhiyyə üzrə Savadlıq və Davranışın Dəyişmə praktikaları (Nayrobi, Keniya)

3) Ngorongoro (Tanzaniya) heyvandarlıq icmalarındakı qızların təhsil proqramı vasitəsilə hüquqlarının artırılması 

4) İbn Sina (Avisenna) - Mərkəzi Asiyada Virtual Şəhərcik (Azərbaycan, Özbəkistan, Qırğızıstan) - Elm və texnologiya sahələrində müəllimlər üçün geniş miqyaslı proqram 

5) Hər kəs üçün Təhsil üzrə bacarıqların inkişafı: Texniki və Peşə Təhsili və Təlim alt sektoruna Liberiyada dəstək (CapEFA proqramı çərçivəsində) 

6) “Davamlı İnkişaf üzrə qeyri maddi mədəni İrsin qorunması üzrə Banqladeş və Qvatemalada bacarıqların gücləndirilməsi” adlı layihəyə və 2013-cü il Konvensiyanın Katibliyinin insan resurslarının gücləndirilməsinə Azərbaycan Respublikasının töhfəsi 

7) Dialoq, Müxtəliflik və İnkişaf üzrə İpək Yolu Onlayn Platforması