Təhsil sahəsində əməkdaşlıq

24 avqust 2005-ci il tarixində Bakı şəhərində “YUNЕSKО-Аzərbаycаn: gələcəyə körpü” mövzusunda keçirilmiş beynəlxalq kоnfrаns çərçivəsində YUNЕSKО ilə Аzərbаycаn аrаsındа təhsil sаhəsində əməkdаşlığа dаir Qаrşılıqlı Аnlаşmа Mеmоrаndumu imzаlаnmışdır.

Mеmоrаndumdа təhsildə bərаbər imkаnlаrın yаrаdılmаsı, infоrmаsiyа və kоmmunikаsiyа tехnоlоgiyаlаrının tətbiqi, təhsilin bütün pillələri üzrə kurrikulumun yеniləşdirilməsi və müəllimlərin iхtisаsаrtırmа sistеminin təkmilləşdirilməsi vаsitəsilə kеyfiyyətin аrtırılmаsı, bеynəlхаlq əməkdаşlıq şəbəkəsinini təşkili və digər əsаs priоritеtlər əks оlunmuşdur.

 12-13 iyun 2006-cı il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən YUNESKO-nun maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda inkluziv təhsilinin inkişafı” layihəsinin yekununa həsr edilmiş  beynəlxalq konfrans təşkil olunmuşdur. Bir il müddəti olan layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün (əqli və fiziki cəhətdən qüsurlu uşaqlar) uşaq bağçalarında və ümumtəhsil məktəblərində tərbiyə və təhsil almaq imkanlarının yaradılması olmuşdur. Layihənin nəticəsi kimi 22 xüsusi qayğıya ehtiyacı olan uşaq Bakı şəhəri 80 saylı uşaq bağçası və 43 saylı məktəb liseyinə, eyni zamanda Sumqayıt şəhəri 66 saylı uşaq bağçası və 4 saylı məktəbdə tərbiyə və təhsil almağa cəlb olunmuşdur.

18-21 dekabr 2006-cı il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən YUNESKO-nun maliyyə dəstəyi ilə “Azərbaycanda peşə təhsilinin inkişafı” mövzusunda beynəlxalq seminar və “Azərbaycanın ali təhsil müəssisələrində kredit sisteminin tətbiqi” mövzusunda milli seminar təşkil edilmişdir. 

18 iyun 2007-ci il tarixində Heydər Əliyev Fondunda YUNESKO, Azərbaycan Hökuməti və Heydər Əliyev Fondu arasında “Azərbaycanda peşə təhsilinin inkişafı” layihəsinin icra planına dair Saziş imzalanmışdır; 

14-16 may 2008-ci il tarixlərində Bakıda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın təşəbbüsü və  YUNESKO-nun, Heydər Əliyev Fondunun və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Dünyada Savadlılığın Dəstəklənməsi üzrə YUNESKO-nun Regional Konfransları silsiləsindən “Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək” mövzusunda konfrans keçirilmişdir. Konfransda YUNESKO-nun baş direktoru Koiçiro Matsuura, YUNESKO-nun bir neçə xoşməramlı səfirləri, habelə bir sıra ölkələrin təhsil nazirləri və çoxsaylı mütəxəssisləri, Azərbaycan hökumətinin nümayəndələri, xarici ölkələrin Bakıdakı səfirləri iştirak etmişlər. 

Azərbaycan universitetlərində yaradılmış YUNESKO kafedraları

Bakı Dövlət Universitetində “İnsan hüquqları və informasiya hüququ” YUNESKO Kafedrası (2015-ci il)

Təhsildə İnnovativ Texnologiyaların və Əlavə Təhsil Mərkəzində "İKT əsaslı yanaşma vasitəsilə müəllimlərin peşəkar inkişafının möhkəmləndirilməsi" YUNESKO Kafedrası (2017)

YUNESKO-nun Assosiativ Məktəblər Şəbəkəsi

Azərbaycan YUNESKO ilə təhsil sahəsində əməkdaşlıq çərçivəsində Assosiativ Məktəblər Şəbəkəsində iştirak etməkdədir. Respublikanın 18 məktəbi bu şəbəkəyə qoşulmuşdur.

YUNESKO klubları

YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə 2019-cu il ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Avropa Liseyi və 20 saylı məktəb-liseydə, 2020-ci ildə isə Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Texniki Universitetində YUNESKO Klubları yaradılmış və onların iştirakı ilə müvafiq layihələrin həyata keçirilməsinə başlanılmışdır.