Qvatemalada Azərbaycanın tərəfindən maliyyəşdirilən qeyri-maddi mədəni irsin qorunması üzrə bacarıqların artırılması üzrə seminar keçirilmişdir
2017-06-11Azərbaycan və YUNESKO arasında imzalanmış Çərçivə Sazişinə əsasən yaradılmış Etimad Fondundan maliyyələşdirilmiş Qvatemalada qeyri-maddi mədəni irsin qorunması üzrə bacarıqların artırılması ilə bağlı layihə çərçivəsində 2017-ci il iyunun 5- 11-də icmaların inventarlaşdırması üzrə ikinci təlim seminarı Qvatemala şəhəri və Santa Apoloniya, Çimaltenango bələdiyyəsində təşkil edilmişdir.
Qvatemalanın Qeyri-maddi mədəni irsin qorunması üzrə Nazirliyi ilə birgə həyata keçirilən layihənin məqsədi Qvatemala şəhərinin qərbində yerləşən bələdiyyələrin ərazisində yerləşən qeyri-maddi mədəni irs nümunələrinin müəyyənləşdirilməsində institusional və insan bacarıqlarının gücləndirilməsidir. Seminarda Mədəniyyət və İdman nazirliyinin, bələdiyyələrin və icmaların nümayəndələri iştirak etmişlər.
Qeyd edək ki, layihə çərçivəsində ilk seminar bu ilin aprel ayında Qvatemala şəhərində bələdiyyələr, Qvatemalanın mədəniyyət və idman nazirliyinin işçiləri, eləcə də vətəndaş cəmiyyəti və icmalar üçün təşkil olunmuşdur.