Avropa Dünya İrs Assosiasiyalarının 2-ci iclası keçirildi
2016-10-2120-21 oktyabr 2016-cı il tarixlərində YUNESKO-nun Dünya İrs Mərkəzi və Avropa Dünya İrs Assosiasiyasının təşkilatçılığı ilə İspaniyanın Seqoviya şəhərində Avropa Dünya İrs Assosiasiyalarının 2-ci iclası keçirilmişdir. Tədbirdə dünya irs obyektlərinin mühafizəsi və təbliği, bu istiqamətdə dövlətlərin təcrübəsi ilə bağlı müzakirələr aparılmışdır. YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası tədbirdə təmsil olunmuşdur. İclasda YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Azərbaycanın mədəni irs abidələri, onların mühafizəsi ilə bağlı dövlət tərəfindən görülən tədbirlər barədə tədbir iştirakçılarına məlumat verilmişdir.