Oktyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun açılışı olub.
Azərbaycan Xalça Muzeyində Dağıstanın tədqiqatçı-alimi Raisa İsmayılovanın şəxsi kolleksiyasından olan dargin Kaytaq tikmələrinin sərgisi açılmışdır. Sərgidə həm qədim (XVIII-XIX əsrlər), həm də bu texnikada işlənmiş müasir əsərlər təqdim olunur. Sərgi YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və İCOM Azərbaycan Milli Komitəsi tərəfindən təşkil olunur.
Mehriban xanım Əliyevanın UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətinin 13 ili tamam olur
Krakovda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyası başlanıb. Açılış mərasimində Polşa Prezidenti Ancey Duda və UNESCO-nun baş direktoru İrina Bokova iştirak ediblər.
Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyi ölkəmizin UNESCO-nun baş direktoru vəzifəsinə namizədi Polad Bülbüloğlunun iştirakı ilə iftar mərasimi təşkil edib.
İyunun 16-da Bakıda "Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri: hüquq bərabərliyi, milli prioritetlər və əməkdaşlıq" mövzusunda Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı işə başlayıb.
İyunun 13-də Bakıda Qobustan Milli Tarix-Bədii Qoruğunun yaradılmasının 50 və YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil edilməsinin 10 illiyinə həsr olunmuş “Qobustan - mədəniyyətlərin qovşağında qayaüstü incəsənət” adlı beynəlxalq elmi konfrans işinə başlayıb. Konfrans Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə təşkil olunmuşdur.