UNESCO: Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 18-ci sessiyasında Azərbaycanın bəyanatı səsləndirilib

UNESCO: Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 18-ci sessiyasında Azərbaycanın bəyanatı səsləndirilib
 

Link: https://azertag.az/

Botsvananın Kasane şəhərində Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 18-ci sessiyasında ölkəmiz Azərbaycan Mədəniyyət Nazirliyi, UNESCO üzrə Azərbaycan Milli Komissiyası və UNESCO yanında daimi nümayəndəliyinin təmsilçilərindən ibarət nümayəndə heyəti ilə təmsil olunur.

Sessiyada Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev ölkəmizin milli bəyanatını təqdim edib. O, 2003-cü il Konvensiyasının ölkəmiz üçün əhəmiyyətindən, Azərbaycan hökuməti tərəfindən qeyri-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlərdən danışıb.

UNESCO: Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 18-ci sessiyasında Azərbaycanın bəyanatı səsləndirilib
 

Ermənistanın Azərbaycanın işğal altında saxladığı ərazilərində maddi və qeyri-maddi mədəni irsimizi dağıtdığını xatırladan E.Abdullayev işğal dövründə mədəni irsimizlə yanaşı, çoxsaylı qeyri-maddi mədəni irs nümunələri, eləcə də ənənəvi incəsənət, sənətkarlıq nümunələrinin tamamilə məhv edildiyini, azərbaycanlıların öz doğma yurdlarından didərgin salındığını və qeyri-maddi mədəni irs hüquqlarının həyata keçirilməsindən məhrum olduqlarını diqqətə çatdırıb.

Sessiyanın növbəti günündə Komitə tərəfindən Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilməsi məqsədilə Azərbaycanın da qoşulduğu 4 çoxmillətli nominasiyalar “Təzhib sənəti” (Azərbaycan, İran, Tacikistan, Türkiyə və Özbəkistan) , “İftar və onunla bağlı sosial-mədəni ənənələr (Azərbaycan, İran, Türkiyə və Özbəkistan), “Sədəf sənəti”, eləcə də “Balaban sənətkarlığı və ifaçılıq sənəti” (Azərbaycan və Türkiyə) nəzərdən keçiriləcək, UNESCO-nun Təcili Qorunma Siyahısında yer alan Azərbaycanın “Yallı (Köçəri, Tənzərə) Naxçıvanın ənənəvi qrup rəqsləri” ilə bağlı növbəti dövri hesabatın qəbulu gözlənilir.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Kasane