UNESCO-nun İpək Yolu Proqramı tədqiqat müsabiqəsi elan edir

Link: https://azertag.az/

UNESCO-nun İpək Yolu Proqramı “Silk Roads Youth Research Grant” qrant layihəsi çərçivəsində tədqiqat müsabiqəsi elan edir.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, yaşı 35-dək olan gənc tədqiqatçılar İpək Yolu ortaq irsi ilə əlaqədar olaraq müəyyən edilmiş mövzular üzrə tədqiqat layihəsini mayın 31-dək təqdim edə bilərlər.

Müsabiqə barədə ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.