ADA Universitetində UNESCO klubunun təqdimatı olub

Link: https://azertag.az/

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə ADA Universiteti və Azərbaycan UNESCO Klubları Assosiasiyasının (AZUKA) əməkdaşlığı çərçivəsində növbəti UNESCO klubunun təqdimat mərasimi keçirilib.

ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, təqdimat mərasimində UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının nümayəndəsi Eltay Aslanov, ADA Universitetinin tələbələrlə iş bölməsinin rəhbəri Günel Əsgərova, Azərbaycan UNESCO Klubları Assosiasiyasının (AZUKA) rəhbəri Cahangir Hacıyev və tələbələr iştirak ediblər.

Qeyd edək ki, ölkəmizin bir sıra təhsil müəssisələrində – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Milli Konservatoriyasında, Azərbaycan Texniki Universitetində, Bakı Avropa Liseyində və 20 saylı məktəb-liseydə UNESCO klubları yaradılıb.

Tədbir iştirakçılarına UNESCO klubları haqqında geniş məlumat verilib və fikir mübadiləsi aparılıb.