UNESCO-dan Zeynalabdin Tağıyevin 200 illiyi ilə bağlı paylaşım

UNESCO-dan Zeynalabdin Tağıyevin 200 illiyi ilə bağlı paylaşım
 

Link: https://azertag.az/

UNESCO-nun rəsmi tviter səhifəsində böyük mesenat, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Zeynalabdin Tağıyevin anadan olmasının 200 illiyinin qeyd edilməsi ilə bağlı paylaşım edilib.

AZƏRTAC xəbər verir ki, paylaşımda 2023-cü ildə Hacı Zeynalabdin Tağıyevin anadan olmasının 200 ilinin tamam olduğunu qeyd edilir və onun Azərbaycan xalqının maarifləndirilməsinə böyük töhfələr verdiyi vurğulanır.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris