UNESCO-dan Zeynalabdin Tağıyevin 200 illiyi ilə bağlı paylaşım
2023-03-11![UNESCO-dan Zeynalabdin Tağıyevin 200 illiyi ilə bağlı paylaşım](https://www.unesco.az/storage/uploads/rich_text/wipu9JJTTNC6tQPS1679301059_730x530.jpg)
Link: https://azertag.az/
UNESCO-nun rəsmi tviter səhifəsində böyük mesenat, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Zeynalabdin Tağıyevin anadan olmasının 200 illiyinin qeyd edilməsi ilə bağlı paylaşım edilib.
AZƏRTAC xəbər verir ki, paylaşımda 2023-cü ildə Hacı Zeynalabdin Tağıyevin anadan olmasının 200 ilinin tamam olduğunu qeyd edilir və onun Azərbaycan xalqının maarifləndirilməsinə böyük töhfələr verdiyi vurğulanır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris