Nazir: Ermənistanın təxribatlarını davam etdirməsi sülh səylərinə təhdiddir

Nazir: Ermənistanın təxribatlarını davam etdirməsi sülh səylərinə təhdiddir
 

Link: https://azertag.az/

Azərbaycanın göstərdiyi səylərə baxmayaraq, Ermənistanın hərbi-siyasi təxribatlarını davam etdirməsi görülən bərpa-quruculuq işlərinə və sülh səylərinə təhdiddir.

AZƏRTAC xəbər verir ki, bu fikri iyunun 25-də xarici işlər naziri Ceyhun Bayramov UNESCO-nun İcraiyyə Şurasının sədri Tamara Rastovac Siamaşvili və qurumun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramosla görüşündə səsləndirib.

Nazir Ceyhun Bayramov postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində apardığı genişmiqyaslı bərpa və yenidənqurma işləri, Azərbaycan və Ermənistan arasında sülh prosesi, eləcə də mina təhlükəsi kimi bir sıra təhdidlər barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Görüşdə, həmçinin Azərbaycan və UNESCO arasında mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlər, Azərbaycanın irəli sürdüyü təşəbbüslər, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir: Ermənistanın təxribatlarını davam etdirməsi sülh səylərinə təhdiddir