Milli Kitabxanada “Beynəlxalq Tolerantlıq Günü” adlı virtual sərgi açılıb

Milli Kitabxanada “Beynəlxalq Tolerantlıq Günü” adlı virtual sərgi açılıb
 

Link: https://azertag.az/

16 noyabr - Beynəlxalq Tolerantlıq Günüdür. Beynəlxalq Tolerantlıq günü 1995-ci ildə UNESCO-nun 50 illiyi münasibətilə təsis edilib. Bu günün təsis edilməsində məqsəd qurumun da nizamnaməsində qeyd olunduğu kimi dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır.

Bu gün münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Beynəlxalq Tolerantlıq Günü” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Beynelxalq_Tolerantl%C4%B1q_Gunu/index.htm linkindən istifadə edə bilərlər.