Fərid Qayıbov İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiya Bürosunun sədr müavini seçilib

Fərid Qayıbov İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiya Bürosunun sədr müavini seçilib
 

Link: https://azertag.az/

UNESCO-nun Parisdəki mənzil-qərargahında İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransı keçirilir.

AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycanı gənclər və idman naziri Fərid Qayıbovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Konfransın gündəliyinə əsasən, bu gün Konvensiyanın Bürosuna seçkilər keçirilib və nazir Fərid Qayıbov yekdilliklə Büronun sədr müavini seçilib.

Konfransda, həmçinin bu ilin iyun ayında ölkəmizin Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransına ev sahibliyi etməsi, UNESCO-nun bir çox layihələrində fəal iştirakı və ümumiyyətlə təşkilata verdiyi töhfəsi həm üzv dövlətlər, həm də bütövlükdə təşkilat tərəfindən yüksək qiymətləndirilib.