Efiopiyada YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyası baş tutdu
2016-12-02Cari ilin 28 noyabr-2 dekabr tarixlərində Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyası keçirilmişdir. Azərbaycanın təşəbbüsü ilə, Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən YUNESKO-ya birgə təqdim edilmiş "Lavaş, Katırma, Jupka, Yufka - Nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti; YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Bəşəriyyətin Reprezentativ siyahısına daxil edilmişdir. Bundan əlavə, 2009-cu ildə Reprezentativ Siyahısa daxil olunmuş “Novruz” nominasiyasına sessiya çərçivəsində Qazaxıstan, İraq, Tacikistan, Türkmənistan da qoşuldular.