Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti

“Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” 2020-ci ilin dekabrın 16-da  UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 15-ci iclası zamanı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.

Nar Bayramı hər ilin oktyabr və noyabr aylarında Azərbaycanın Göyçay rayonunda nar və ondan ənənəvi istifadə üsullarını və onun simvolik mənasını qeyd etmək məqsədilə təşkil edilən festivaldır. Nar mədəniyyəti meyvənin becərilməsi ilə bağlı təcrübələr, biliklər, adət-ənənələr və bacarıqlar məcmusudur ki, bunlardan təkcə bir sıra kulinariya kontekstlərində deyil, həm də sənətkarlıqda, dekorativ sənətdə, miflərdə, nağıllarda və digər yaradıcılıq sahələrində istifadə olunur. Nar yerli kənd təsərrüfatı ilə, fermerlər və kənd icmalarında meyvə yetişdirən və toplayan şəxslərlə əlaqələndirilir. Bu şəxslər ətraf mühitin xüsusiyyətləri və məhsul yığımı texnikası haqqında anlayışa malikdirlər. Sözügedən meyvə ənənəvi yeməklərdə istifadəsindən tutmuş şeirdə sitat gətirilməsinə qədər bir sıra mədəni və sosial funksiyaları əhatə edir. Rəmzi olaraq, nar uzunmüddətli məhsuldarlıq, bolluqla əlaqələndirilir və enerji daşıyıcısı hesab olunur. Keçmişdə, Azərbaycanın yerli əfsanələrində nara məhəbbət və ehtiras simvolu, dindarlar isə əbədiyyət simvolu kimi baxırdılar. Nar Bayramının hər il qeyd edilməsi çoxəsrlik ənənələrin qürurunu nümayiş etdirir. Nar Bayramı şənliyə gələn qonaqlar arasında aktiv mübadilə və ünsiyyəti təşviq edir. Yerli təbiəti və mədəniyyəti vurğulamaq vaxtıdır.