İftar/Eftari/İftar/İftor və onun sosial-mədəni ənənələri

İftar (həmçinin Eftari, İftar və ya İftor adlanır) müsəlmanlar tərəfindən ramazan ayında (qəməri təqviminin 9-cu ayında) gün batanda, bütün dini mərasimlərdən tamamlandıqdan sonra keçirilir. Hər yaş kateqoriyasına aid olan insanlar səhərdən gün batana qədər oruc tutur və günün sona çatmasını gözləyib iftar açırlar. Axşam namazından sonra dua mərasimləri olur, daha sonra yemek yeyilib, müxtəlif tədbirlər keçirilir. Birgə iftarlar bir çox insanın toplanaraq yemek yeməsi, münasibətlərinin qurulması, xeyriyyəçillik, həmrəylik və s kimi əlaqələrin təşviq edilməsində böyük rol oynayır. Iftarla bağlı mərasimlər Ramazan ayında oruc tutmayan insanlar tərəfindən də icra olunur. Bilik və bacarıqlar adətən ailələrdə şifahi formada, müşahidə edilərək və təcrübədən keçirilərək otürülür. Çox vaxt uşaqlara və gənclərə yeməklərin hazırlanması həvalə olunur. Bu proses zamanı valideynlər də orucun faydaları, iftarın dəyərləri haqqında bildiklərini paylaşıllar. Ilftar tez-tez dövlət qurumları, QHT-lər və xeyriyyə təşkilatları, o cümlədən televiziya, radio və media vasitəsilə də dəstəklənir.

İftar nominasiyası Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına Botsvanada daxil olmuşdur (2023). Nominasiyaya Azərbaycan, İran İslam Respublikası, Türkiyə və Özbəkistan qoşulmuşdur.