Professor Öcal Oğuz: Türkdilli xalqlar olaraq heç bir təcüməçiyə ehtiyac olmadan ünsiyyət qurmağı bacarmalıyıq

Professor Öcal Oğuz
Professor Öcal Oğuz

Link: https://azertag.az/

BMT-də sadəcə 6 dildə danışmağa icazə var. Türk dünyası olaraq böyük bir coğrafiyanı əhatə edən türk dilinin BMT-nin 7-ci rəsmi dili kimi qəbul olunmasına çalışmalıyıq.

AZƏRTAC xəbər verir ki, bunu UNESCO-nun Türkiyə Milli Komissiyasının sədri professor Öcal Oğuz ADA Universitetinin ev sahibliyi etdiyi “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanması - UNESCO nöqteyi-nəzərindən” mövzusunda beynəlxalq konfransda söyləyib.

Professor Öcal Oğuz deyib: “Düşünürəm ki, türkdilli xalqlar olaraq heç bir təcüməçiyə ehtiyac olmadan ünsiyyət qurmağı bacarmalıyıq. Türk xalqı böyük bir çinar ağacıdır və bu ağacın daha da böyüməsi üçün sözügedən addımlar atılmalıdır. Çünki birlikdən qüvvət doğar və həmin gücə sahib olmaq üçün əlimizdən gələni etməliyik”.

Xatırladaq ki, beynəlxalq konfrans, tədbir UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türkiyənin UNESCO üzrə Milli Komissiyası, eləcə də ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.