UNESCO-nun mükafatlarına layiq görülmüş Azərbaycanın incəsənət xadimləri

1999-cu ildə Azərbaycanın muğam ustası Alim Qasımov UNESCO-nun Beynəlxalq Musiqi Şurasının birinci mükafatını qazanmışdır.

2008-ci ildə bəstəkar Firəngiz Əlizadəyə UNESCO-nun “Sülh naminə incəsənət xadimi” fəxri adı verilmişdir.

Dünya mədəni irsinə verdiyi töhfələrə görə Azərbaycanın xalq rəssamı Tahir Salahov UNESCO-nun "Pikasso" qızıl medalına layiq görülmüşdür. Mükafat 19 mart 2009-cu ildə tarixində UNESCO-nun Baş Direktoru Koiçiro Matsuura tərəfindən fırça ustasına təqdim edilmişdir.