UNESCO-nun sessiyasında Azərbaycanın həmmüəllif olduğu qətnamə layihəsi qəbul olunub

UNESCO-nun sessiyasında Azərbaycanın həmmüəllif olduğu qətnamə layihəsi qəbul olunub
 

Link: https://azertag.az/

UNESCO İcraiyyə Şurasının 216-cı sessiyasında Azərbaycanın həmmüəllif olduğu “Velosiped hamı üçün” qətnamə layihəsi üzv dövlətlər tərəfindən təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan, Avstriya, BƏƏ, Keniya, Meksika, Polşa və Vyetnam tərəfindən hazırlanmış qətnamə layihəsinin məqsədi BMT-nin 2030-cu il gündəliyinə daxil edilmiş dayanaqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə töhfə verən velosipedə üzv dövlətlərin və təşkilatın diqqətini cəlb etməkdən ibarətdir. Qərar layihəsində velosipedin idman növü və nəqliyyat vasitəsi kimi iqlimə göstərdiyi müsbət təsir haqqında məlumat verilir. Üzv dövlətlər velosiped infrastrukturunu inkişaf etdirməyə və velosipedçilərin təhlükəsizliyini təmin etməyə dəvət olunurlar.

UNESCO-nun sessiyasında Azərbaycanın həmmüəllif olduğu qətnamə layihəsi qəbul olunub
 

Qətnamə layihəsinin yekdilliklə qəbul olunması müxtəlif regionları təmsil edən üzv dövlətlərin məhsuldar əməkdaşlığı və UNESCO-nun mandatına aid olan idman sahəsinin uğurlu təbliği kimi qiymətləndirilir.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris