Nigeriyanın UNESCO-dakı nümayəndəsi: Dünyanın daha yaxşı olması üçün Dialoq Forumu kimi tədbirlərin keçirilməsi çox vacibdir

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, BMT-nin səfiri və Nigeriyanın UNESCO yanında daimi nümayəndəsi Haco Sani
 

Link: https://azertag.az/

Biz UNESCO nümayəndələri olaraq bu tədbirdə iştirak edirik. İrqindən, dinindən və mədəniyyətindən asılı olmayaraq, insanları, bəşəriyyəti dialoqa çağırmaq, dünyada müqaviməti təşviq etmək üçün müzakirələr aparmaqla bağlı bu qeyri-adi Forumda iştirakdan çox məmnunuq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, BMT-nin səfiri və Nigeriyanın UNESCO yanında daimi nümayəndəsi Haco Sani söyləyib.

“Dünyanın daha yaxşı olması üçün bu cür tədbirin keçirilməsi çox vacibdir. Mən Azərbaycanı, xüsusilə Prezident İlham Əliyevi təbrik edirəm. Azərbaycan çox gözəl ölkədir. Burada olmaqdan hamımız məmnunuq", - deyə daimi nümayəndə əlavə edib.