Muxtar Babayev: Qarabağ zonasında mövcud olan paleontoloji abidələr dağıdılıb və qiymətli meşə əraziləri məhv edilib

Muxtar Babayev: Qarabağ zonasında mövcud olan paleontoloji abidələr dağıdılıb və qiymətli meşə əraziləri məhv edilib
 

Link: https://azertag.az/

İşğaldan azad edilmış ərazilərdə nəinki mədəni irs nümunələrinə, abidələrə və məsçidlərə ziyan dəyib, əksəriyyəti yerlə-yeksan edilib, həmçinin ölkəmizin təbii irs nümunələrinə bərpası qeyri-mümkün olan ziyan vurulub. Bu ərazilərdə təbiət abidəsi statuslu, yaşı 2500 ildən artıq olan ağaclar kəsilib və ya yandırılıb.

AZƏRTAC xəbər verir ki, bunu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində çıxışı zamanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

“Qarabağ zonasında mövcud olan paleontoloji abidələr dağıdılmış və qiymətli meşə əraziləri məhv edilib. Məhz buna görə bu ərazilərdə bərpa tədbirlərinin həyata keçirilməsi əsas prioritet fəaliyyət istiqamətlərimizdən biridir”, - deyə ekologiya və təbii sərvətlər naziri bildirib.