MEK-ə Şuşa haqqında latış dilində kitab təqdim edilib

MEK-ə Şuşa haqqında latış dilində kitab təqdim edilib
 

Link: https://azertag.az/

AMEA Mərkəzi Elmi Kitabxanasına Riqa şəhərində latış dilində nəşr edilən “Şuşa – Azərbaycanın incisi” kitabı daxil olub.

MEK-dən AZƏRTAC-a bildirilib ki, professorlar Kaspars Klavinş, Elçin Əhmədov və siyasi elmlər üzrə fəlsəfə doktoru Nigar Sultanovanın həmmüəllifi olduğu kitab Azərbaycanın Latviyadakı səfirliyinin təşəbbüsü ilə latış dilində işıq üzü görən ilk nəşrdir.

Riqa şəhərində nəfis tərtibatda çap edilmiş kitabda Şuşa şəhərinin tarixi, mədəni irsi və görkəmli şəxsiyyətləri, Ümummilli Lider Heydər Əliyevin Şuşanın inkişafına göstərdiyi qayğı və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Şuşanın işğaldan azad olunmasından sonra burada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri haqqında ətraflı məlumat verilir.

Qeyd edək ki, kitab UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyilə “Şuşa İli” çərçivəsində nəşr olunub.