ICOMOS-un rəhbər heyətinin Qarabağa səfəri başlayıb
2022-12-07Link: https://azertag.az/
Dekabrın 8-də Bakıda “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans çərçivəsində ICOMOS (UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Komissiyası) rəhbərliyinin də daxil olduğu nümayəndə heyətinin Qarabağa səfəri başlayıb.
Qonaqlar ilk olaraq işğaldan azad edilmiş Ağdam şəhərinə gəliblər. Onlar burada Ermənistan silahlı qüvvələrinin törətdiyi vəhşiliklərlə, eləcə də Ağdam şəhəri işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olurlar.
“Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfrans UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Dövlət Turizm Agentliyi, ICOMOS Azərbaycan Milli Komitəsi, ICOM Azərbaycan Milli Komitəsi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək.