Azərbaycanın UNESCO İcraiyyə Şurasının sessiyasında təqdim etdiyi qərar layihəsi yekdilliklə qəbul olunub

Azərbaycanın UNESCO İcraiyyə Şurasının sessiyasında təqdim etdiyi qərar layihəsi yekdilliklə qəbul olunub
 

Link: https://azertag.az/

UNESCO-nun İcraiyyə Şurasının 215-ci sessiyasında Azərbaycan yeni uğura imza atıb. Ölkəmizin təklifləri yekdilliklə qəbul olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın UNESCO-nun 215-ci sessiyasının gündəliyinə təklif etdiyi "Fit For Life” təşəbbüsünün həyata keçirilməsi və Fiziki Təhsil və İdman üzrə Nazirlərin və Yüksək Səviyyəli Şəxslərin 7-ci Beynəlxalq Konfransı (MINEPS VII)" başlıqlı qərar layihəsi yekdilliklə qəbul edilib.

Azərbaycanın UNESCO İcraiyyə Şurasının sessiyasında təqdim etdiyi qərar layihəsi yekdilliklə qəbul olunub
 

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev 61 ölkənin sponsorluğu ilə Azərbaycan tərəfindən təqdim olunan qərar layihəsi haqqında danışaraq, 2023-cü ilin martında Bakının Fiziki Təhsil və İdman üzrə Nazirlərin və Yüksək Səviyyəli Şəxslərin 7-ci Beynəlxalq Konfransına ev sahibliyi edəcəyini xatırladıb. Bildirib ki, Azərbaycan UNESCO-nun "Fit For Life" təşəbbüsünü dəstəkləyən ilk ölkələrdəndir.

Qərar layihəsinin əsas məqsədi dünyada gənclərin rifahını artırmaq üçün inklüziv və inteqrasiya edilmiş yol xəritəsi hazırlamaq, idmanda səfərbərliyi gücləndirməkdir.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris