132-134 nömrəli Təhsil Kompleksi YUNESKO ​ tərəfindən hədiyyəyə layiq görüldü.

 

2015-2016- cı illər üzrə Müəllimlərin Səmərəliliyinin Artırılmasında Əhəmiyyətli Fəaliyyət və Təcrübə üçün YUNESKO-Həmdan bin Rəşid Əl-Maktum Mükafatına namizədliyi irəli sürülən 132-134 nömrəli Təhsil Kompleksi təşkilatçılar tərəfindən iştirak sertifikatı və hədiyyə ilə təltif olunmuşdur.

Qeyd olunmalıdır ki, mükafatın əsas məqsədi dünyada, xüsusilə inkişaf etməkdə olan ölkələrdə və əlverişsiz şəraitdə yaşayan icmalarda təhsil təcrübələrinin təkmilləşdirilməsidir.

YUNESKO-nun bütün coğrafi regionlarını təmsil edən beynəlxalq səviyyədə tanınan münsiflər heyəti qalibləri seçərkən göstərdikləri fəaliyyətlə təhsilin və biliyin keyfiyyətinin artırılmasında uğur qazanmış namizədlərə üstünlük verir.