Azərbaycan Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsinə həsr olunmuş tədbir keçirildi
2016-12-2323 dekabr tarixində Azərbaycan Xalça Muzeyində YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində keçirilən ustad dərslərin iştirakçılarının mükafatlandırılma mərasimi keçirildi.
Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova tədbirdə çıxış edərək ustad dərslərlə bağlı ətraflı məlumat verdi. Tədbirdə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının müşaviri Gülnarə Ağalarova, muzeyin elmi bərpa və konservasiya üzrə direktor müavini Yalçın Səlimov və kurs iştirakçıları çıxış etdilər.
Çıxışlardan sonra tədbir iştirakçıları “Azərbaycanın mədəni sərvəti” layihəsindən bəhs edən videoçarxa baxdılar.
Sonda “Azərbaycanın mədəni sərvəti” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olundu.