Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitənin 11-ci sessiyası keçirildi
2016-12-098-9 dekabr tarixlərində YUNESKO Baş qərargahında Azərbaycanın üzvü olduğu Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitənin 11-ci sessiyası keçirilmişdir.
Sessiyada Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, eləcə də Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin təmsilçilərindən ibarət nümayəndə heyəti iştirak etmişdir. Tədbir çərçivəsində YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının müşaviri Gülnarə Ağalarovanın YUNESKO baş direktorunun xarici əlaqələr və əməkdaşlıq üzrə müavini Erik Falt, Proqramlar və büdcə bölməsinin direktoru Jan İv Le- So, Sosial və humanitar elmlər sektorunun Sosial transformasiyalar və mədəniyyətlərarası dialoq bölməsinin direktoru Dendev Badarçla görüşləri keçirilmişdir.