UNESCO-nun rəsmi internet səhifəsində ölkəmizdə koronavirusla mübarizə tədbirlər barədə yazı yerləşdirilib

 

UNESCO-nun rəsmi internet səhifəsində Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının hazırladığı ölkəmizdə COVID-19 pandemiyası ilə mübarizə tədbirləri barədə ətraflı məlumat yerləşdirilib.

Məlumatda, pandemiya ilə mübarizə çərçivəsində UNESCO-nun təhsil, mədəniyyət, elm və informasiya və kommunikasiya sahələri üzrə ölkəmizdə görülən genişmiqyaslı və məqsədyönlü tədbirlərdən bəhs edilib.

Azərbaycan Respublikasının Təhsil, Mədəniyyət, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası, eləcə də UNESCO üzrə Milli Komissiya tərəfindən həyata keçirilən müvafiq layihə və təşəbbüslər haqqında geniş məlumat verilir.

Yazı ilə bu linkdən tanış olmaq olar: http://www.unesco.org/