“Azərbaycanda fəlsəfə, tolerantlıq və multikulturalizm” mövzusunda elmi beynəlxalq konfrans keçirildi
2016-11-18![](https://www.unesco.az/storage/uploads/rich_text/2T8D4Gg4HTQf6lc81637548817_730x530.jpg)
17-18 noyabr tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Dünya Fəlsəfə Gününə həsr olunan “Azərbaycanda fəlsəfə, tolerantlıq və multikulturalizm" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Tədbir AMEA-nın Fəlsəfə İnstitutunun, Gənc Alim və Mütəxəssislər Şurasının, Bilik Fondunun və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Konfransda AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının müşaviri Gülnarə Ağalarova və digər şəxslər çıxış etdilər.