UNESCO Xəzərin sualtı mədəni irsinin qorunması üzrə ilk regional iclas keçirəcək

UNESCO Xəzər dənizinin sualtı mədəni irsinin qorunması üzrə ilk regional iclasını keçirəcək. Tədbir mayın 21-23-də Qazaxıstanda təşkil ediləcək.

 

Saytın məlumatında qeyd olunur ki, Xəzəryanı dövlətlərin təmsilçiləri dənizin dibində olan obyektlərin qiymətləndirilməsini aparacaq, həmçinin “sualtı çarlığın” qorunub saxlanılmasının təmin edilməsinin yolları ətrafında fikir mübadiləsi aparacaqlar. UNESCO-nun hesabatına görə, təkcə Aralıq dənizinin sahillərində suyun altında qalmış 150-dən çox şəhərin izləri tapılıb. Özündə qiymətli tarixi informasiyaları saxlayan bu obyektlər hazırda təhlükə altındadır. Neft-qaz yataqlarını kəşfiyyatı işləri, quyuların qazılması, sahilyanı zonanın inkişafı və aparılan tikinti işləri, sualtı mədəni irsin qarət edilməsi bu təhlükələrdən yalnız bir neçəsidir.

 

İclasda Xəzəryanı ölkələr Azərbaycan, Rusiya, Türkmənistan, Qazaxıstan və Özbəkistanla yanaşı, Gürcüstan və Özbəkistan təmsilçiləri, beynəlxalq ekspertlər, mədəniyyət nazirliklərinin nümayəndələri və UNESCO-nun əməkdaşları iştirak edəcəklər.

 

Tədbir UNESCO-nun mədəni sərvətlərin qarət edilməsinin, həmçinin batmış gəmilərin qalıqlarının kommersiya məqsədləri üçün istifadəsinin qarşısını almaq məqsədilə qəbul edilmiş sualtı mədəni irsin qorunması Konvensiyası çərçivəsində keçiriləcək.

 

https://azertag.az/xeber/UNESCO_Xezerin_sualti_medeni_irsinin_qorunmasi_uzre_ilk_regional_iclas_kechirecek-1277746