Azərbaycan Hökuməti ilə UNESCO arasında müqavilə imzalanıb

Azərbaycan Hökuməti ilə UNESCO arasında müqavilə imzalanıb
 

Mədəniyyət naziri Əbülfəs Qarayevin UNESCO-da görüşləri çərçivəsində Azərbaycan Hökuməti ilə təşkilat arasında bu ilin 30 iyun-10 iyul tarixində Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkil edilməsi ilə bağlı müqavilə imzalanıb.

Müqaviləni Azərbaycan Hökuməti tərəfdən nazir Əbülfəs Qarayev, UNESCO tərəfdən isə baş direktorun müavini Ernesto Ottone Ramirez imzalayıb.

Sənəddə tədbirin təşkili ilə bağlı həm Azərbaycanın, həm də UNESCO-nun vəzifə öhdəlikləri əks olunub. Bununla yanaşı, müqavilədə komitədən əvvəl keçiriləcək Gənc Peşəkarlar Forumu və Abidə Menecerlərinin Forumunun təşkili ilə bağlı məsələlər göstərilib.

https://azertag.az/