UNESCO-nun baş qərargahında Azərbaycan musiqiçilərinin konserti keçiriləcək
2017-11-17Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin UNESCO yanında daimi nümayəndəliyi almanların Qafqaza gəlişinin 200 illiyi münasibətilə konsert təşkil edəcək.
Konsertdə Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Gənclər Kamera Orkestri”, solistlər Ümidə Abasova, İlham Nəzərov, Elnur Hüseynov, İsfar Sarabski (piano), Şirzad Fətəliyev (balaban), eləcə də Sahib Paşazadə (tar) və Toğrul Əsədullayevin (kamança) müşayiəti ilə Teyyub Aslanov, Murad İbrahimov kimi muğam ifaçıları iştirak edəcəklər.
UNESCO-nun baş qərargahında keçiriləcək konsertdə Azərbaycan və Almaniya bəstəkarlarının klassik əsərləri, xalq və ənənəvi musiqilər səsləndiriləcək.