Milli Komissiya və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə hazırlanmış bu kitab "Nəsimi ili" çərçivəsində respublikamızın tanınmış nəsimişünas alimləri, müasir türk şərqşunasları, və klassik tədqiqatçılar tərəfindən yazılmış elmi əsərlərdən ibarətdir.
Bu Hərbi Bələdçi silahlı qarşıdurma zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə beynəlxalq hüquq normalarının hərbi qüvvələr tərəfindən tətbiqi üçün nəzərdə tutulmuş praktiki vasitədir.
Nəşr 2018-ci il ərzində Azərbaycan Respublikasının YUNESKO ilə uğurlu əməkdaşlığına həsr olunub.
Nəşr yüksək səviyyəli səfər və görüşlər, eləcə də Azərbaycan və YUNESKO tərəfindən reallaşdırılan tədbir və layihələrə dair fotoşəkillərdən ibarətdir.
Kitab almanların Cənubi Qafqazda məskunlaşmasının 200 illiyi ilə əlaqədar olaraq Azərbaycandakı alman icmasının fəlsəfə və tarix, fəlsəfə və kulturologiya baxımından təcrübəsini təhlil edir.
Kitab Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan təcavüzü nəticəsində işğal altında olan Azərbaycan ərazisindəki tarixi və mədəni abidələrin məhvi ilə bağlı beynəlxalq elmi ictimaiyyətə məlum olmayan məqamları diqqətə çatdırır.