Reymond Bondin: Azərbaycan çox gözəl mədəni irsə malikdir

Malta Respublikasının UNESCO üzrə Milli Komissiyasının sədri Reymond Bondin
 

Link: https://azertag.az/

Bakıya 24 il əvvəl səfər etmişdim. Bu səfərimdə Azərbaycanın böyük inkişafının şahidi oldum. Ötən müddət ərzində çox böyük işlər görülüb. Siz resurslarınızdan çox gözəl istifadə edirsiniz.

AZƏRTAC xəbər verir ki, bu sözləri Malta Respublikasının UNESCO üzrə Milli Komissiyasının sədri Reymond Bondin “Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən nazirlərin 5-ci görüşündə deyib.

O bildirib ki, Azərbaycan çox vacib irsə malikdir, bunun böyüklüyü valehedicidir: “Biz sülh içərisində yaşamalıyıq, əməkdaşlıq etməliyik, bir-birimizi tanımalıyıq. Dünyadakı mədəni irsin yaşadılması, toxunulmazlığı üçün əlimizdən gələni etməliyik. Ümidvaram ki, bəşəriyyətin tarixində mühüm rol oynayacaq tarixi yerlərə diqqət göstəriləcək.

Azərbaycana bu cür görüşləri təşkil etdiyi üçün çox təşəkkür edirəm. Bu tədbirlər son dərəcə vacibdir”, - deyə Reymond Bondin əlavə edib.