İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin IX Konfransının Bürosunun beşinci rəsmi iclası keçirilib
2025-05-22Link: https://azertag.az/
Mayın 21-də Fransanın paytaxtı Parisdə UNESCO-nun Baş Qərargahında İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin IX Konfransının (COP9) Bürosunun beşinci rəsmi iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.
Bu gün isə Büro üzvləri təmsil etdikləri regional qrupların nümayəndələri ilə məsləhətləşmələr aparıblar. Fərid Qayıbov Büroda təmsil etdiyi Mərkəzi və Şərqi Avropa ölkələri qrupunun (Qrup II) nümayəndələri ilə görüşüb.