Zeynəb Gül Ünal: Müharibələrdə mədəniyyət daha çox hədəf alınır

Zeynəb Gül Ünal: Müharibələrdə mədəniyyət daha çox hədəf alınır
 

Link: https://azertag.az/

Ağdam mədəniyyət baxımından mühüm bölgələrdən biridir. Təəssüf ki, erməni işğalından sonra bu yerlərdən geriyə daha çox dağıntılar qalıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdamda səfərdə olan ICOMOS-un (UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Komissiyası) beynəlxalq məsələlər üzrə vitse-prezidenti Zeynəb Gül Ünal söyləyib.

Dekabrın 8-də Bakıda keçiriləcək “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfransda böyük dağıntılardan sonra mədəniyyətin qorunması, bərpaolunması üçün atılacaq addımların müzakirə ediləcəyini bildirən Zeynəb Gül Ünal deyib: “Əsas məsələlərdən biri müharibə bitdikdən sonra dağıntıların yenidən necə bərpaolunacağını düzgün qərarlaşdırmaqdır. Ümid edirəm ki, Qarabağın, o cümlədən Ağdamın mədəniyyəti və tarixi abidələri yenidən əvvəlki vəziyyətinə qaytarılacaq. XXI əsrdə davam edən müharibələrdə mədəniyyət daha çox hədəf alınır. İnanıram ki, buradakı abidələr əlinizdəki sənədlər və elmi məlumatlarla yenidən bərpa olunacaq”.