UNESCO: Azərbaycanın sədrliyi ilə II Qrupun sessiyası keçirilib

Link: https://azertag.az/

UNESCO-nun təşkilatçılığı və Azərbaycanın sədrliyi ilə UNESCO-nun Şərqi Avropa ölkələrindən ibarət II Seçki Qrupunun üzvləri ilə əlaqələndirici təhsil üçün qlobal bəyannaməyə dair məlumat sessiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, sessiyada Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev, UNESCO baş direktorunun təhsil üzrə müavini Stefaniya Cianini və II Seçki Qrupunun üzv ölkələrinin səfirləri və nümayəndələri iştirak ediblər.

Sessiyada UNESCO nümayəndələri əlaqələndirici təhsilə dair qlobal bəyannamə, onun məzmununa dair təfərrüatlar haqqında məlumatı paylaşıblar. Sessiyanın keçirilməsində əsas məqsəd üzv dövlətlərə əlaqələndirici təhsil üçün qlobal bəyannamənin məqsəd, prinsip və öhdəlikləri barədə məlumat vermək olub. Cari ilin dekabrında keçiriləcək “RewirEd“ sammitində bəyannamə və onun təsdiqlənməsi barədə məlumatlılığı artırmaq olub.

Sessiyada sərbəst və yüksəkkeyfiyyətli rəqəmsal təhsilə qoyulan investisiyalar, təhsilin rəqəmsal transformasiyasının pedaqoji transformasiya tələb etməsinə də toxunulub.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris