Professor Dərya Örs: Türk dünyasının mədəni irsinin qorunması üçün “yol xəritəsi” hazırlanmalıdır

Professor Dərya Örs
Professor Dərya Örs

Link: https://azertag.az/

Türk dünyasının mədəni irsinin qorunması üçün "yol xəritəsi" hazırlanmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri, professor Dərya Örs Bakıda “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanması – UNESCO nöqteyi-nəzərindən” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Böyük Türk dünyasının mədəni irsinin qorunmasının vacib olduğunu vurğulayan professor Dərya Örs deyib: “Bu sahədə türk dövlətlərinin əməkdaşlığının genişlənməsi sevindiricidir. Türk dünyasının mirasının araşdırılması və gələcək nəsillərə ötürülməsi, heç şübhəsiz, əsas istiqamətlərdən olmalıdır. Türk mədəniyyətinin dünyada tanıdılması istiqamətində fəaliyyətlər türk dünyası çərçivəsində həyata keçiriləcək layihələrə dəstək üçün stimul olacaq. Biz birlikdə işləmək üçün “yol xəritəsi” hazırlamalıyıq”.

Qeyd edək ki, tədbir UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türkiyənin UNESCO üzrə Milli Komissiyası, eləcə də ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.