Nərgiz Quliyeva: Belə layihələr tarixi və mədəni irsimizin təbliği baxımından çox vacibdir

Nərgiz Quliyeva: Belə layihələr tarixi və mədəni irsimizin təbliği baxımından çox vacibdir
 

Link: https://azertag.az/

“Youth ArtCamp Shusha and Baku” (Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi)” adlı beynəlxalq layihənin gerçəkləşdirilməsi tarixi və mədəni irsimizin təbliğatı baxımından çox vacibdir. Layihənin iştirakçıları olan müxtəlif ölkələrdən gələn rəssamlar Azərbaycanın mədəniyyəti, incəsənəti və tarixinə böyük maraq göstərirlər. Onlar Şuşa şəhər mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini görəndə çox təsirləndilər və bir daha erməni vandallığının şahidi oldular.

AZƏRTAC xəbər verir ki, bu sözləri "Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi” layihəsinin iştirakçısı azərbaycanlı rəssam Nərgiz Quliyeva jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, layihənin iştirakçıları olan müxtəlif ölkələrdən gələn rəssamlar Azərbaycanın mədəniyyəti, incəsənəti və tarixinə böyük maraq göstərirlər.

Qeyd edək ki, xarici ölkələrin UNESCO üzrə Milli Komissiyalarının təqdim etdiyi namizədlərin arasından münsiflər heyəti tərəfindən 16 gənc rəssam seçilərək “Youth ArtCamp Shusha and Baku” layihəsinə cəlb edilib. Layihə çərçivəsində müxtəlif peşə istiqamətləri üzrə Azərbaycandan və Türkiyədən olan yaradıcı sahənin təmsilçiləri Şuşa qalasında, Üzeyir bəyin dağıdılmış evində, Bülbülün ev-muzeyində, Vaqifin məqbərəsində, Cıdır düzündə olublar. Şuşa ilə yanaşı, Ağdam, Füzuli və Cəbrayıl rayonlarına da səfər planlaşdırılır.

Məmməd Məmmədli
Bakı