Milli Kitabxanada Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş sərgi açılıb
2022-04-18Link: https://azertag.az/
18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə bağlı Milli Kitabxananın əməkdaşları tərəfindən eyniadlı virtual sərgi hazırlanıb.
Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, tarixi abidələrimiz haqqında məlumatlar, eləcə də mövzu ilə əlaqəli materiallar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər.
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü UNESCO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında qeyd olunur. Məqsəd dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir.